Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Kürdəmir rayon sakini Azər Əhmədov qanunun aliliyinin, ictimai asayişin və ictimai təhlükəsiziyin təmin edilməsində, cinayətkarlıqla qətiyyətli mübarizədə vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə, Kürdəmir RPŞ və əməkdaşlarına minnətdarlığını yazır.

Həkim olan Aytən Sədullayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Qusar rayonunda qeydiyyatda olduğunu yazır. O, karantin rejimi ilə əlaqədar Qusar rayonuna giriş-çıxışın bağlı olduğunu nəzərə alaraq sərbəst gediş-gəlişi ilə bağlı müraciətinə dərhal baxılaraq ətraflı məlumat verildiyinə görə minnətdarlığını ifadə edir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi olan Dia.az" saytının baş redaktoru Məhəmməd Ərsoy səhifə vasitəsilə bir müddət əvvəl avtomobilinin “Niva” markalı avtomobillə vurulduğunu və qarşı tərəfin dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırması barədə müraciət etmişdi.

O, yenidən yazaraq müraciətinə operativ reaksiya verildiyinə, araşdırlaraq qısa müddətdə müsbət həll edildiyinə, dəymiş maddi ziyanın aradan qaldırılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə, BDYPİ, Bakı ŞBPİ DYPİ və Səbail RPİ DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Goranboy rayonu, Yuxarı Ballı Qaya kənd sakini Əli Həsənov etdiyi müraciətə həssaslıqla yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xocalı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İngiltərə vətəndaşı Freddie Fitches ölkəmizə etdiyi səfəri zamanı Azərbaycan polisinin ictimai asayişi peşəkarcasına təmin etməsi və DİO əməkdaşlarının operativliyinin onda müsbət rəy yaratdığına görə DİN rəhbərliyinə dərin təşəkkürünü bildirir.

Goranboy rayonunun Meşəli kənd sakini Taleh Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan edilməsi münasibəti ilə Azərbaycan Polisini təbrik edir, müharibə zamanı gərgin xidmət aparan Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Gəncə və Şəmkir rayonlarından olan bir qrup şəhid ailəsi DİN rəhbərliyinə ünvanladqları təşəkkür məktubunda Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan edilməsini qürur və sevinc hissi ilə qarşıladıqlarını, bu çətin dönəmdə bütün polis əməkdaşları kimi Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin də vətəndaşlara maddi-mənəvi dəstək olduğunu bildirirlər.

Goranboy rayonunun Düzqışlaq kənd sakini Rauf Dünyamalıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ölkə başçısının rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağın işğaldan azad edilməsi istiqamətində keçirdiyi uğurlu əməliyyatlar zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Tovuz rayon sakini Tural Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.