Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-ekoloq Bəxtiyar Hüseynov rayonda qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla, habelə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

“BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə Regionu üzrə prezidenti Qəri Counz ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində “BP”-nin, həmçinin podratçıların mühüm heyətinin, eyni zamanda nəqliyyat vasitələrinin ölkə daxilində rahat, maneəsiz hərəkəti ilə bağlı göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Ağcabədi rayon sakini, Qarabağ müharibəsi iştirakçısı Təvəkkül Hətəmov rayonda qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Ağcabədi RPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi əlili Nəcəf Cəfərli ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, ehtiyacı olan ailələrə etdikləri ərzaq yardımlarına, eləcə də Qarabağ müharibəsi iştirakçılarını və əlillərinə göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Neftçala rayon sakini Əli Nağıyev qanunun aliliyinin, vətəndaşların konstitusion hüquqlarının, ictimai qaydanın və təhlükəsizliyin keşiyində mətin dayanan daxili işlər orqanlarını Azərbaycan Polisinin yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edir, xidməti fəaliyyətində uğurlar arzulayır.

Bakı şəhər sakini Mehnarə Yusubova ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, ehtiyacı olan ailələrə etdikləri ərzaq yardımlarına, eləcə də polis əməkdaşlarının ona göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Vətəndaş İsgəndər Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir, cətin və şərəfli yolda uğurlar diləyir.

Bakı şəhər sakini Elman Musayev “102” Xidməti Zəng Mərkəzinə etdiyi müraciətə operativ və obyektiv baxılması ilə əlaqədar Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və uğurlar diləyir.

Bakı şəhər sakini Günay Tarverdiyeva metroda naməlum şəxs tərəfindən oğurlanmış içərisində sənədləri və pul kisəsi olan çantasının tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməyə görə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.