Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.07.2021 - Qusar rayon sakini Əfsanə Nurmətova məruz qaldığı oğurluqla bağlı etdiyi...
Qusar rayon sakini Əfsanə Nurmətova məruz qaldığı oğurluqla bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ yanaşılaraq qısa müddət ərzində hadisəni törətmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsinə və dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
16.07.2021 - Bakı şəhər sakini Natiq Sadiqov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Natiq Sadiqov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Nəsimi rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
16.07.2021 - Bakı şəhər sakini Sevinc Qənbərova pulunun digər bir şəxs tərəfindən...
Bakı şəhər sakini Sevinc Qənbərova pulunun digər bir şəxs tərəfindən mənimsənildiyi barədə etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin qısa zaman ərzində araşdırılaraq müsbət həll olunduğuna həmçinin ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
16.07.2021 - Astara rayon sakini Əhmədşah Quliyev rayon ərazisində ictimai asayişin və...
Astara rayon sakini Əhmədşah Quliyev rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
16.07.2021 - Sumqayıt şəhər sakini Vüsalə Cavadova qarşılaşdığı problemlə bağlı etdiyi...
Sumqayıt şəhər sakini Vüsalə Cavadova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin qısa zaman ərzində müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.07.2021 - Beyləqan rayon sakini Rabil Quliyev məktubunda avtomobil yollarında...
Beyləqan rayon sakini Rabil Quliyev məktubunda avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə DİN rəhəbrliyinə, xüsusən xidməti vəzifələrini layiqincə yerinə yetirən BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 6-cı taqımının əməkdaşlarına təşəkkürünü bildirir.
15.07.2021 - Bakı şəhər sakini Xanım Abdullayeva DİN-in “İnstagram” səhifəsi vasitəsilə...
Bakı şəhər sakini Xanım Abdullayeva DİN-in “İnstagram” səhifəsi vasitəsilə təşəkkür ünvanlayıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.07.2021 - Gəncə şəhər sakini Sevda Kazımova oğlunun DİO-da xidmətə qəbul olunmasına...
Gəncə şəhər sakini Sevda Kazımova oğlunun DİO-da xidmətə qəbul olunmasına görə, Gəncə ŞBPi-nin rəisi, polis general-mayoru Teymur Hacıyevə təşəkkürünü bildirir.
14.07.2021 - Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini Kənan Quliyev DİN-ə ünvanladığı...
Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini Kənan Quliyev DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ və obyektiv şəkildə araşdırılmasına və dəymiş olan ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarına minətdarlığını bildirir.