Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.07.2020 - Cəlilabad rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladqları təşəkkür...
Cəlilabad rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladqları təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı atılan qətiyyətli addımlara, həyata keçirilən uğurlu tədbirlərə, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə göstərdiyi fəallığa və gərgin əməyə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını ifadə edir.
10.07.2020 - Masallı rayonunun Yeyənkənd kənd sakini Nasir Nağıyev DİN rəhbərliyinə...
Masallı rayonunun Yeyənkənd kənd sakini Nasir Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdklərinə görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarından razılığını bildirir.
10.07.2020 - Astara rayonunun Siyakü kənd sakini Nail Mirzəyev DİN rəhbərliyinə...
Astara rayonunun Siyakü kənd sakini Nail Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı etdiyi müraciətə müsbət cavab verilməsinə və göstərilən köməkliyə görə Astara RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.
10.07.2020 - Astara şəhər sakini Tale İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Tale İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
10.07.2020 - Astara rayonunun Rüdəkənar kənd sakini Namik Mirzəyev DİN rəhbərliyinə...
Astara rayonunun Rüdəkənar kənd sakini Namik Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin obyektiv şəkildə raşdırılmasına görə minnətdarlığını bildirir.
10.07.2020 - Masallı rayonunun Ərkivan qəsəbə sakini Məmmədağa Şiriyev DİN rəhbərliyinə...
Masallı rayonunun Ərkivan qəsəbə sakini Məmmədağa Şiriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qarşısının alınmasında göstərdikləri fədakar əməyə və nümunəvi xidmətə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
08.07.2020 - Bakı şəhər sakini Vüqar Əsgərov ictimai qaydanın və təhlükəsizliyin təmin...
Bakı şəhər sakini Vüqar Əsgərov ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
08.07.2020 - Bakı şəhər sakini Ayxan Dadaşov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Ayxan Dadaşov Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində operativ baxılaraq obyektiv araşdırldığını qeyd edir. O, müraciətinin müsbət həll olunduğuna və dəymiş maddi zərərin tam ödətdirildiyinə görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
08.07.2020 - Bakı şəhər sakini Ziya Muxtarov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə...
Bakı şəhər sakini Ziya Muxtarov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.