Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Firidun Hüseynov öz məktubunda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd edərək, bir müddət əvvəl onun obyekti ətrafında bir qrup şəxsin ona məsus obyektin ətrafına toplaşaraq iş rejiminə mane olmalarını, lakin Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciətindən sonra işin normal məcraya qayıtmasından razılığını bildirir, ölkədə yaranmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Rac Kərimov Lənkəran İmtahan Qeydiyyat Şöbəsində ona etibarnamə ilə ehtiva olunmuş avtomobili başqa bir şəxsə satarkən dövlət rüsumundan əlavə heç bir xərcinin çıxmadığından, gördüyü obyektivlikdən DİN və BDYPİ-nin rəhbərliyinə öz minnətdarlığını bildirir.

Rusiya Federasiyasının Yekaterinburq şəhər sakini Məhəbbət Lətifova müraciətinə obyektiv baxıldığına görə NBPİ-nin və Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və bir qrup əməkdaşına minnətdarlığını bildirir.

Astara rayonunun Şahağacı kənd sakini Bəhriyyə Mirzəyeva iyulun 27-də gecə saat 4-radələrində evinə soxulmuş üzündə maska olan naməlum şəxsin ona bir neçə zərbə vurduğunu, özünü və azyaşlı qızını öldürəcəyi ilə hədələyərək pul və qızıl tələb etdiyini bildirir. Zərərçəkmiş olan pulunu həmin şəxsə verdikdən sonra onun evi tərk etdiyini, bundan sonra “102 Zəng Mərkəzi” Xidmətinə müraciət etdiyini bildirir. RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən şəxsin qısa müddətdə aşkar edilərək saxlanılmasını qey edən məktub müəllifi DİN rəhbərliyinə, Astara RPŞ-nin şəxsi heyətinə öz minnətdarlığını bildirir.

İstefada olan polis mayoru, Qarabağ müharibəsi əlili Nəcəf Cəfərli iyulun 12-də çox ağır vəziyyətdə DİN-in Respublika Hospitalına yerləşdirildiyini bildirərək, burada gördüyü yüksək ixtisaslı müalicə, diqqət və qayğı nəticəsində qısa vaxtda səhhətinin yaxşılaşmasını qeyd edərək, bu səbəbdən DİN-in Tibb İdarəsinin və A.N.Heydərov adına Hospitalın rəhbərliyinə, tibb personalına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cahangir Ağayev məktubunda Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rəşad Rüstəmlinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyindən razılığını qeyd edir, şəxsi heyətin dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayon sakini Gülşən Əsədova məktubunda Astara RPŞ əməkdaşlarının səyi nəticəsində rayondakı sabit kriminogen duruma görə DİN və RPŞ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Valentin Qalaktinov məktubunda soyadında olan hərf dəyişikliyinə düzəliş edildiyinə və qeydiyyata alınması barədə müraciətinin tezliklə həll olunmasına görə DİN və Nəsimi RPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Taira Kuzmiç məktubunda qəsəbə ərazisindəki evində baş vermiş oğurluq hadisəsinin üstünün qısa zamanda açılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə, Xəzər RPİ və 2-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.