Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.07.2021 - Lənkəran rayonunun Digah kənd sakini Şahin Məmmədov DİN rəhbərliyinə...
Lənkəran rayonunun Digah kənd sakini Şahin Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda velosipedini oğurlayan şəxsin müəyyən olunaraq saxlanılmasına və oğurlanan əmlakının ona geri qaytarılmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının fəaliyyətindən razılığını ifadə edir.
12.07.2021 - Cəlilabad rayonunun Kazımabad kənd sakini İlqar Ağayev DİN rəhbərliyinə...
Cəlilabad rayonunun Kazımabad kənd sakini İlqar Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırıldığına və məsələyə düzgün hüquqi qiymət verildiyinə görə minnətdarlığını bildirir.
12.07.2021 - Cəlilabad rayon sakini Malik Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Cəlilabad rayon sakini Malik Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar olaraq Cəlilabad RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
12.07.2021 - Lənkəran rayon sakini Xudaverdi Cavadov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran rayon sakini Xudaverdi Cavadov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, çevik reaksiya verilməsinə, həmçinin yollarda rahat və təhlükəsiz hərəkətin təmini istiqamətində görülən tədbirlərə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə və şöbənin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.07.2021 - Masallı rayon sakini Məmmədağa Şiriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Masallı rayon sakini Məmmədağa Şiriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa, göstərilən diqqətə görə Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
12.07.2021 - Lənkəran rayonunun Zövlə kənd sakini Elgün Cəfərov DİN rəhbərliyinə...
Lənkəran rayonunun Zövlə kənd sakini Elgün Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətlərin obyektiv araşdırılmasına və vətəndaşların qayğılarına həssaslıqla yanaşılmasına görə minnətdarlığını ifadə edir.
10.07.2021 - Quba rayon sakinləri Xəyal Məmmədbəyov, Qəşəng Ağasiyeva, Nazim Şükürov,...
Quba rayon sakinləri Xəyal Məmmədbəyov, Qəşəng Ağasiyeva, Nazim Şükürov, Mirabbas Abbasov və Pərviz Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında xidməti vəzifələrini layiqincə yerinə yetirən, rayon ərazisində sosial neqativ hallara, eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
08.07.2021 - İsmayıllı rayon sakini Toğrul Alızadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
İsmayıllı rayon sakini Toğrul Alızadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda mağazasında baş vermiş oğurluq hadisəsinin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.07.2021 - Sumqayıt şəhərində yaşayan Binyət Məlikov 2 iyul - Polis Günündə Sumqayıt...
Sumqayıt şəhərində yaşayan Binyət Məlikov 2 iyul - Polis Günündə Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının onun atası, istefada olan polis əməkdaşı Əli Məlikovu ziyarət etdiklərini bildirir. O, bunun 88 yaşlı atasında böyük sevinc yaratdığını qeyd edərək göstərilən diqqət və qayğıya görə özü və ailəsi adından DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin əməkdşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.