Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakini Camal İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinin fəaliyyətindən məmnunluğunu ifadə edir, rayonda narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı aparılan uğurlu mübarizəyə görə Astara RPŞ-nin rəisi Azər Cahangirovdan razılıq edir və minnətdarlığını bildirir.

Astara rayonunun Ərçivan qəsəbə sakini Zakir Əsədullayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda təkcə ictimai asayişin təminində və cinayətkarlığa qarşı mübarizədəki fəaliyyətinə görə deyil, onların qayğılarına da həssaslıqla yanaşdığına görə Astara rayon polis şöbəsinin işindən razılığını bildirir. Məktub müəllifi bu yaxınlarda məhəllələrindəki elektrik transformatorunun sıradan çıxdığı zaman kömək üçün RPŞ-nin rəisi Azər Cahangirova müraciət etdiklərini və transformatorun yenisi ilə əvəz olunmasında onun müsbət əməyinin olduğunu bildirir, buna görə minnətdarlıqlarını ifadə edir.

Bir qrup Astara sakini ictimai asayişin təmini sahəsində, cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədəki uğurlu fəaliyyətinə görə Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirova minnətdarlıqlarını ifadə edirlər.

Xızı rayon sakini Rabil Sadıxov DİN-ə ünvanladığı məktubunda oğlunun daxili işlər orqanlarında xidmətə qəbulla əlaqədar müraciətinə obyektiv baxılmasına və bu zaman şəffaflığın təmin olunmasına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Laçın rayon sakini Ünsiyyət Baxışov DİN-ə ünvanladığı təşəkkür məktubunda Laçın RPŞ-nin rəhbərliyindən və şəxsi heyətindən razılığını ifadə edir.

Bir qrup Oğuz rayon sakini-Aqil Abdullayev, Adil Mustafayev, Sərxan Cəlilov, Ceyhun Əzizov, Mubariz Fətəliyev, Emin Muradov və Namizəd Osmanov baş verə biləcək hadisənin qarşısını özlərini təhlükəyə ataraq vaxtında aldıqlarına görə Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.

Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Emin Axundov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan şəxslərin qısa zaman kəsiyində tutulmasına görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Qusar rayon sakini Gennadi Əlipoladov üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə RPŞ-nin rəhbərliyinə minnətdarlıq edir.

Kürdəmir rayon sakini Səyavuş Cəbiyev etdiyi müraciətə Kürdəmir RPŞ-də çevik reaksiya verildiyinə, aparılan araşdırmalardan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığına və ona dəymiş ziyanın ödətdirildiyinə görə təşəkkürünü bildirir.