Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Aygün Əmiraslanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Xətai RPİ-nin 37-ci Polis Şöbəsində müraciətinə operativ baxıldığını və qəbul edilərək nəzakətlə qarşılandığını qeyd edir. O, obyektiv araşdırma aparılaraq müraciətinin müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Xətai RPİ-nin və 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Laçın rayon sakini Sahib Hətəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda özünə məxsus mobil telefonunun oğurlanması ilə əlaqədar müraciətinə operativ şəkildə yanaşılmasına və tez bir zamanda tapılmasına görə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Orxan Musayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Rəşad Əliyev etdiyi müraciətə operativ reaksiya verilərək öz həllini tapdığı üçün DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Vətəndaş Ruslan Mustafayev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.

Şəmkir rayon sakini Əminə Məmmədcəfərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda itmiş 1 baş iribuynuzlu heyvanının və onun balasının tez bir zamanda tapılaraq təhvil verilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Tovuz rayon Dondar Quşçu kənd sakini İbrahim Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində yaradılan şəraitə, savadlı və mehriban komandir heyətinə görə Ali Baş Komandan cənab İlham Əliyevə və DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Şəmkir rayon sakini Tahir Vəliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Səfiyar Hüseynov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığına və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.