Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.02.2021 - Bakı şəhər sakini Aydın Məmmədov məktubunda yazır ki, səhhəti pisləşən...
Bakı şəhər sakini Aydın Məmmədov məktubunda yazır ki, səhhəti pisləşən nənəsini avtomobili ilə xəstəxanaya apararkən yolda maşınında nasazlıq yaranıb. Neftçilər prospektində yol kənarında dayanarkən həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşıb. O, nənəsini təcili xəstəxanaya çatdırmalı olduğunu dedikdə həmin yol polisi əməkdaşının nənəsinə ilkin tibbi yardım göstərdiyini, təcili xəstəxanaya çatdırılmasında, eyni zamanda maşınının evakuatorla aparılmasında köməklik göstərdiyini qeyd edir.
A.Məmmədov belə humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəıkkürünü bildirir.06.02.2021 - Şamaxı rayonunun Göylər kənd sakini Qalib Üsüfov torpaqlarımızın işğaldan...
Şamaxı rayonunun Göylər kənd sakini Qalib Üsüfov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlunun bank hesabından edilmiş oğurluq faktı ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə müraciət etdiyini yazır. O, müraciəti ilə bağlı dərhal müvafiq araşdırmaların aparıldığını, görülmüş tədbirlərlə qısa müddətdə bu cinayət əməlini törədənin müəyyən edildiyini və onlara dəymiş maddi ziyanın ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. Q.Üsüfov müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Şamaxı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
06.02.2021 - Quba rayon sakini Kamran Bədirxanov üzləşdiyi dələduzluq faktı ilə bağlı...
Quba rayon sakini Kamran Bədirxanov üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini yazır. O, müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparıldığını və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunaraq ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. K.Bədirxanov müraciətinə qısa müddətdə baxılmasına və operativ tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.02.2021 - Sumqayıt şəhər sakini Nizami İsmayılov ona dəymiş maddi ziyanla bağlı etdiyi...
Sumqayıt şəhər sakini Nizami İsmayılov ona dəymiş maddi ziyanla bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin müsbət həll olunduğuna görə polis əməkdaşlarına dərin təşəkkürünü bildirir.
06.02.2021 - Qusar rayon sakini Güloğlan Niftəliyev şəhid olmuş oğlunun pul kartından...
Qusar rayon sakini Güloğlan Niftəliyev şəhid olmuş oğlunun pul kartından vəsaitin oğurlanması ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən xüsusi həssaslıqla yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkür edir.
06.02.2021 - Astara rayonun Ərçivan kənd sakini Nəsimi Həsənov torpaqlarımızın işğaldan...
Astara rayonun Ərçivan kənd sakini Nəsimi Həsənov torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində iştirak etmiş oğlu İmaməli Həsənovun döyüşlərdə göstərdiyi şücaətə görə Daxili İşlər Nazirliyində qəbul edilməsinə və ona göstərilən yüksək hörmətə görə özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.02.2021 - Bakı şəhər sakini Məhərrəm Namazov qarşılaşdığı problemlə bağlı etdiyi...
Bakı şəhər sakini Məhərrəm Namazov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin qısa zaman ərzində müsbət həll olunduğuna görə DİO əməkdaşlarına təşəkkürünü bildirir.
05.02.2021 - Saatlı rayon sakini Şövkət Fətullayeva üzləşdiyi problemlə əlaqədar etdiyi...
Saatlı rayon sakini Şövkət Fətullayeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
05.02.2021 - Naxçıvan şəhər sakini Hüseyn Alməmmədov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Naxçıvan şəhər sakini Hüseyn Alməmmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan ŞPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.