Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.01.2022 - Vətəndaş Fəridə Aslanova
Vətəndaş Fəridə Aslanova Sabunçu rayonunun Maştağa qəsəbəsi Savalan massivində baş vermiş oğurluq hadisələri ilə bağlı etdikləri müraciətlərinə operativ reaksiya verilərək müvafiq tədbirlərin həyata keçirildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2022 - azer_kerimli8 adlı sosial şəbəkə istifadəçisi
azer_kerimli8 adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ 29-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
15.01.2022 - Hezretimehdi adlı sosial şəbəkə istifadəçisi
Hezretimehdi adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
15.01.2022 - Punhan Agayev adlı sosial şəbəkə istifadəçisi
Punhan Agayev adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ 17-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
14.01.2022 - Bakı şəhər sakini Seymur Səfərov
Bakı şəhər sakini Seymur Səfərov DİN-ə ünvanladığı təşəkkür məktubunda instaqram səhifəsi vasitəsilə 600 manat ödəməklə mebel sifarişi etdiyini və aldadıldığını bildirir. S.Safarov məsələylə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edib. Müraciətinə operativ və tez bir zamanda baxılaraq ona dəymiş ziyan ödətdirildiyinə görə DİN rəhbərliyinə və 21-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkür edir.
14.01.2022 - Bakı şəhər sakini Tahir Heydərov
Bakı şəhər sakini Tahir Heydərov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14.01.2022 - İnstaqram izləyicisi Baladadaş Saqiyev
İnstaqram izləyicisi Baladadaş Saqiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda yol kənarında qanunsuz parklanma ilə əlaqədar etdiyi müraciətə baxılmasına və məsələnin aradan qaldırılmasında göstərilən köməkliyə görə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.01.2022 - Abşeron rayon sakini Fuad Lətifov
Abşeron rayon sakini Fuad Lətifov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə tez bir zamanda, operativ baxılaraq hüquqlarının təmin edilməsində göstərilən köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıq edir.
14.01.2022 - Bakı şəhər sakini İsmət Məmmədov
Bakı şəhər sakini İsmət Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunması ilə bağlı göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.