DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rauf Sultanov təşəkkür məktubunda yazır ki, rəhbəri olduğu amerikapress.com saytının fəaliyyəti ilə bağlı qarşılaşdığı qanunsuz məhdudiyyətlərlə əlaqədar DİN-ə göndərdiyi şikayət ərizəsinə aidiyyatı üzrə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən baxılmış və məsələ öz həllini tapmışdır. Buna görə də o, BŞBPİ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Övladının səhhəti ilə əlaqədar onun xidməti iş yerinin dəyişdirilməsində göstərilən köməkliyə görə Qobustan rayon Ərəbqədim kənd sakini Xataxanım Səfərova DİN rəhbərliyinə təşəkkürünü bildirir.

DİN rəhbərliyi tərəfindən bölgədə keçirilən qəbul zamanı üzləşdikləri problemlərin yerindəcə həll olunmasına görə Masallı rayon Badalan kənd sakini Rəşad Cəfərov göndərdiyi təşəkkür məktubunda Azərbaycan Polisinə təşəkkür edir.

Astara rayonundan Azad Rzayev və Ərçivan qəsəbəsinin bir qrup sakini bu günlərdə baş vermis sel fəlakəti zamanı polisin fədakarlığından və insanların həyatını qurtarmaq üçün öz həyatlarını belə təhlükəyə atmağından qürur hissi ilə yazırlar.

Ailə üzvlərinin daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul olunmasına görə Yevlax rayon sakini Rahilə Qəmbərova DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Samux rayon Nəbiağalı qəsəbə sakinləri Zeynəb İmanova və Nuridə Məmmədova əlil ailəsi kimi üzləşdikləri problemin həllində göstərilən diqqət və qayğıya, polis əməkdaşlarının rayon rəhbərliyinə etdikləri müraciətdən sonra isə ailə vəziyyətlərinin yaxşılaşmasına görə təşəkkür edirlər.

Nardaran kənd sakini Yaşar Abdullayev vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərinə, humanist yanaşmaya və səmimi münasibətə görə Sabunçu RPİ-ninvə 42 PB-nin rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Bəhram Zahidov üzləşdiyi problemin həllində göstərilən köməyə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini, polis veteranı Bəylər Teymurov səhhəti ilə əlaqadar DİN-in A.Heydərov adına Respublika Hospitalına müraciət etdikdən sonra tibbi personalın, xüsusən də həkim Esmira Yolçuyevanın onun vəziyyətinin yaxşılaşmasında göstərdiyi köməyə görə təşəkürünü bildirir.