DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Kamran Aydınov göndərdiyi teleqramda yazır ki, pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı DİN-in “102” Xidmətinə müraciət edib. Şikayətinə qısa zaman ərzində baxılıb və problem öz həllini tapıb. K.Aydınov buna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Anar Valikov göndərdiyi məktubda bildirir ki, Naftalan sanatoriyasında müalicə almağa gedərkən Goran stansiyasında üzləşdiyi problemin həll edilməsində polis əməkdaşı Elnur Rzayev ona köməklik göstərib. Vətəndaş buna görə E.Rzayeva təşəkkür edir.

Tərtər rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Zabil Məmmədov göndərdiyi məktubda bildirir ki, cəbhəboyu ərazilərdə inşa edilmiş polis məntəqələri vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Z.Məmmədov buna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

İsmayıllı şəhər sakini Ruhiyyə Süleymanova bir qrup rayon sakininin adından göndərdiyi məktubda problemlərinin həll edilməsində göstərdikləri köməyə görə DİN rəhbərliyinə və RPŞ əməkdaşlarına təşəkkür edir.

Beyləqan şəhər sakini, təqaüddə olan polis mayoru Arzuman Süleymanov göndərdiyi məktubda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə alarkən ona göstərilən yüksək tibbi xidmətdən məmnun qaldığını yazır.

Ağstafa rayon sakini Cavid Hüseynov göndərdiyi məktubda bildirir ki, polisə etdiyi müraciətdən sonra ona dəymiş maddi zərər ödənildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kənan Davudzadə etdiyi müraciətə polis tərəfindən çevik reaksiya verildiyinə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ramil İsmayılov yazdığı minnətdarlıq məktubunda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı ASAN xidmətə müraciət etdikdən sonra qısa zaman kəsimində sənədinin yenisi ilə əvəz olunmasında ona göstərdikləri köməyə görə həmkarlarımızdan razılığını ifadə edir.

Övladının daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul olunmasına görə Tərtər rayon Əskipara kənd sakini Oqtay Əliyev DİN rəhbərliyinə təşəkkürünü bildirir.