DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon Suparibağ kənd sakini Qurbani Əsgərov və bir qrup kənd sakini bir müddət əvvəl baş vermis sel fəlakəti zamanı polislərimizin şücaətini yüksək qiymətləndirir, onlara təşəkkür edirlər.

Şabran rayonundan bir qrup sakin vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərinə, humanist yanaşmaya və səmimi münasibətə, həmçinin həmkarlarımızın fəaliyyəti nəticəsində yollarda hərəkətin yüksək səviyyədə nizamlandığına, avtoxuliqanlara, avtomobili içkili vəziyyətdə idarə edənlərə qarşı sərt mübarizə tədbirləri görüldüyünə, piyada keçidlərinin bərpasına, yeni işıqforların quraşdırılmasına görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əli Mərdanova və Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Nazim Kərimova minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Mehdi Rəhimov DİN-ə ünvanladığı təşəkkür məktubunda yaşadığı ərazidə qanunazidd əməllərə qarşı mübarizədə polisin rolunu yüksək qiymətləndirir.

Beyləqan rayon I Şahsevən kənd sakini Bəxtiyar Abdullayev DİN-ə ünvanladığı təşəkkür məktubunda daxili işlər orqanları əməkdaşlarından razılığını bildirir.

Bakı şəhər sakini Malik Qurbanov DİN-ə ünvanladığı təşəkkür məktubunda sahibkarlıqla məşğul olduğu ərazidə xidmət aparan, asayişi qoruyan həmkarlarımızdan minnətdarlığını ifadə edir.

Ağdam rayon sakini Rövşən Nəsirov etdiyi müraciətə çevik reaksiya verdiyinə və obyektiv araşdırmaya görə Rayon Polis Şöbəsinin təhqiqatçısı Nicat Talıbova minnatdarlığını bildirir.

Daşkəsən rayon sakini Lamiyə Əhmədova üzləşdiyi problemin həllində göstərdiyi köməyə görə RPŞ rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini İradə İsmayılova yazır ki, şikayət ərizəsinə aidiyyatı üzrə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən baxılmış və məsələ öz həllini tapmışdır. Buna görə də o, BŞBPİ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Qax rayon sakini Nazlı Qadaşova vətəndaş kimi polis əməkdaşlarından gördüyü diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.