Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Beyləqan rayon sakini Habil Ağayev müraciətinə operativ reaksiya verildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əfqan Rzayev müraciətinə baxılaraq ona dəymiş maddi zərərin tam ödətdirildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Şəki şəhər sakini Nəriman Səmədov bildirir ki, bu il yanvarın 6-da evdə olmadığı zaman naməlum şəxslər onun evinə daxil olmuş və ona maddi zərər vurmuşlar. Vətəndaş qeyd edir ki, bununla əlaqədar polisə müraciət etmişdir. N.Səmədov həmin şəxslərin müəyyən edilərək saxlanılmasına, bundan sonra isə ailə üzvləri arasındakı gərginliyin və həyəcanın aradan qalxdığına görə DİN rəhbərliyinə və Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Saatlı rayon sakini Mətləb Hüseynov ictimai qaydanın, eləcə də vətəndaşların təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmətlərinə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Feysbuk səhifəsinin izləyicisi Raciyə Namazova səhifə vasitəsilə etdiyi müraciətə reaksiya göstərilərək baxıldığına görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkür edir.

DİN-in İnstaqram səhifəsinin izləyicisi Ramal İsayev (vineazerbaijan) səhifə vasitəsilə ünvanladığı müraciətinə baxıldığına və müsbət həllini tapdığına görə DİN rəhbərliyinə və Bakı şəhər BPİ-nin şəxsi heyətinə minnətdarlıq edir.

Masallı rayon sakini Zakir Şükürov müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Masallı RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Tərtər rayonunun Kəbirli kəndində yaşayan B.Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. O, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, pandemiya dövründə öz həyatını risqə ataraq gecə-gündüz xidmət aparan, həmçinin bir çox hallarda qayğıkeşlik göstərən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.

B.Vəliyev oğlunun da daxili işlər orqanlarında işlədiyini, bu ərəfədə virus daşıyıcısı kimi karantin xəstəxanasına yerləşdirildiyini, hazırda isə karantin müddətini başa vuraraq xidmətini davam etdirdiyini qeyd edir.

O, övladının karantində saxlanıldığı müddətdə tibb işçilərinin ona qayğıkeşliyinə, həmçinin ailəsinə göstərilən yüksək diqqətə, qayğıya, maddi və mənəvi dəstəyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Amil Məmmədov ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.