Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.09.2020 - Bakı şəhər sakini Rafael Əlizadə qanunun aliliyinin, ictimai qaydanın və...
Bakı şəhər sakini Rafael Əlizadə qanunun aliliyinin, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
04.09.2020 - Zaqatala rayon sakini Həqiqət Əhmədova DİN rəhbərliyinə ünvanladığı...
Zaqatala rayon sakini Həqiqət Əhmədova DİN rəhbərliyinə ünvanladığı məktubunda müraciətinə obyektiv baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
03.09.2020 - Böyük Britaniya vətəndaşı Behzad Atayev üzləşdiyi problemlə əlaqədar etdiyi...
Böyük Britaniya vətəndaşı Behzad Atayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
02.09.2020 - Astara rayonunun Vaqo kənd sakini Əlibala Qurbanov öz təşəkkür məktubunda...
Astara rayonunun Vaqo kənd sakini Əlibala Qurbanov öz təşəkkür məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
02.09.2020 - Vətəndaş Ağgül Quliyeva müraciətinə tez bir zamanda baxılaraq probleminin...
Vətəndaş Ağgül Quliyeva müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.09.2020 - Qazax rayonunun Bala Cəfərli kənd sakini Ceyhun Rəhimov DİN rəhbərliyinə...
Qazax rayonunun Bala Cəfərli kənd sakini Ceyhun Rəhimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda DİN-in Daxili Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılmasından, şəxsi heyətin bilik və bacarıqlarının təkminləşdirilməsindən razılığını bildirir.
02.09.2020 - Göygöl şəhər sakini Niyaməddin Niftəliyev Daxili İşlər Nazirliyinə...
Göygöl şəhər sakini Niyaməddin Niftəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda güclü leysan yağışları zamanı yaranan sel nəticəsində fərdi yaşayış evində çətin anlar yaşadığını bildirir. O, xüsusi qurğular vasitəsi ilə sel sularının kənara çəkilməsində göstərdikləri köməkliklərə görə Göygöl RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2020 - DİN-in rəsmi “Facebook” səhifəsinin izləyicisi olan Adışirin Qurbanov ailəsi...
DİN-in rəsmi “Facebook” səhifəsinin izləyicisi olan Adışirin Qurbanov ailəsi və bir qrup Şirvan şəhər sakini adından səhifəyə yazdığı mesajında xidməti vəzifələrini layiqincə və yüksək peşəkarlıqla yerinə yetirən, şəhər ərazisində cinayətkarlıqla, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə aparan Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli peşələrində uğurlar arzulayır.
01.09.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Rəna İbrahimova evinin yanması...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Rəna İbrahimova evinin yanması nəticəsində məhv olmuş sənədlərinin yenisi ilə təmin olunmasında köməklik göstərilməsi üçün səhifə vasitəsilə etdiyi müraciətə operativ baxıldığına və həll edildiyinə görə DİN rəhbərliyinə və BPQMİ-nin şəxsi heyətinə minnətdarlıq edir.