Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.02.2024 - Lənkəran şəhər sakini Validə Hümmətova
Lənkəran şəhər sakini Validə Hümmətova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar ona köməklik göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
27.02.2024 - Lənkəran rayon sakini Balakişi Şərifov
Lənkəran rayon sakini Balakişi Şərifov öz təşəkkür məktubunda müraciəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən qəbul edildiyini, məmnun qaldığını bildirir və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
27.02.2024 - Lerik rayon sakini Üzeyir Məmmədov
Lerik rayon sakini Üzeyir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Lerik Rayon Polis Şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin xidməti fəaliyyətlərindən, xüsusilə də qadağan olunan yerlərdə tütün məmulatlarında istifadə edən şəxslərlə bağlı görülən tədbirlərdən məmnunluğunu ifadə edir.
27.02.2024 - Cəlilabad rayon sakini Famil Quliyev
Cəlilabad rayon sakini Famil Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda E-Polis mobil tətbiqinin istifadəyə verilməsinə, vətəndaşların müraciətlərinə çevik reaksiya verilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil olunmasına görə minnətdarlığını bildirir.
27.02.2024 - Vətəndaş Aytac Şahverdiyeva
Vətəndaş Aytac Şahverdiyeva DİN-in “Instagram” səhifəsinə mesajında Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma nəticəsində müraciətinin qısa müddətdə müsbət həll olunmasını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına, həyata keçirilən tədbirlərə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.02.2024 - Vətəndaş Lamiyə İbrahimova
Vətəndaş Lamiyə İbrahimova DİN-in “Instagram” səhifəsinə mesajında Abşeron Rayon Polis İdarəsinə etdikləri müraciətə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə özü və ailə üzvləri adından DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.02.2024 - Vətəndaş Ülvi Novruzlu
Vətəndaş Ülvi Novruzlu DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.02.2024 - Bakı şəhər sakini Elbrus Sarıvəlli
Bakı şəhər sakini Elbrus Sarıvəlli məktubunda Yasamal Rayon Polis İdarəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunmasını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə, həyata keçirilən tədbirlərə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.02.2024 - Bakı şəhər sakini Gülövşə Şamilova
Bakı şəhər sakini Gülövşə Şamilova məktubunda müraciəti ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini yazır. O, göstərilən diqqətə, operativliyə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.