Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Zülfiyyə Mustafayeva şəxsi “Facebook” səhifəsində post yazaraq müraciətinə operativ baxıldığını, Nəsimi RPİ 20-ci PB tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. 
Z.Mustafayeva müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Ramin Mehtiyev üzləşdiyi problemlə bağlı DİN-in “Instagram” səhifəsi vasitəsilə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Cavid Qasımov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Abşeron rayon sakini Rafael Hüseynzadə DİN-in “Facebook” səhifəsi vasitəsilə etdiyi müraciət ilə əlaqədar Mehdiabad Polis Bölməsində yüksək hörmətlə qarşılandığını qeyd edir. R.Hüseynzadə ona göstərilən diqqətə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Qəbələ rayon sakini Xalis Məmmədov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ayazmammadzade adlı sosial şəbəkə istifadəçisi “Gənclik” metrostansiyasında qəfil halı pisləşən dostuna orada xidmət edən polis əməkdaşının ilk tibbi yardım göstərərək həyatını xilas etməsi ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ramin Rəfiyev üzləşdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar etdiyi müraciətə obyektiv baxılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nizami RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

sebnem_rehimova57 adlı sosial şəbəkə istifadəçisi sosial şəbəkələrdə barəsində həqiqəti əks etdirməyən məlumatların yayılması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Tamilla Məmmədova bağ evində baş verə biləcək oğurluq hadisəsinin qarşısının alınmasında operativlik nümayiş etdirdiklərinə görə  Pirallahı RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.