Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.03.2024 - Göyçay rayon sakini Mürşüd Mahmudov
Göyçay rayon sakini Mürşüd Mahmudov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.03.2024 - Beyləqan rayon sakini Zaur Alıxov
Beyləqan rayon sakini Zaur Alıxov müraciətinə verilən opeartiv reaksiyaya və ona dəymiş ziyanın aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.03.2024 - Xocavənd rayon sakini Məhəmməd Qurbanov
Xocavənd rayon sakini Məhəmməd Qurbanov müraciətində antinorkitik təbliğatının mütəmadi və effektiv şəkildə aparılmasına görə DİN rəhbərliyinə və Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
15.03.2024 - Bakı şəhər sakini Aygün Səfərova
Bakı şəhər sakini Aygün Səfərova etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.03.2024 - Sosial şəbəkə iştifadəçiləri Nuruş Süleymanlı və Seymur Şükürov
Sosial şəbəkə iştifadəçiləri Nuruş Süleymanlı və Seymur Şükürov üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv və operativ araşdırmanın aparılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində onlara göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
15.03.2024 - Vətəndaş Arzu İsmayılova
Vətəndaş Arzu İsmayılova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
15.03.2024 - Bakı şəhər sakini Könül Bəşirova
Bakı şəhər sakini Könül Bəşirova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
15.03.2024 - Naxçıvan MR Şərur rayon sakini Nəzmiyyə Nəsirova
Naxçıvan MR Şərur rayon sakini Nəzmiyyə Nəsirova müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan MR Ordubad RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
15.03.2024 - Vətəndaş Famil Nəzərov
Vətəndaş Famil Nəzərov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.