Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Səhərgül Cəlilova DİN-ə ünvanladığı məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi, Sumqayıt şəhər sakini Ruslan Bağırov səhifə vasitəsilə etdiyi müraciətə operativ baxıldığına və göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Pərviz Ələkbərov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə tez bir zamanda baxılaraq hüquqlarının bərpa olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi Anar Rəhimov səhifə vasitəsilə etdiyi müraciətin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini İlhamə Xamiyeva müraciətinə dərhal münasibət bildirilərək Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qəbul edildiyinə, hüquq və vəzifələrinin izahına, araşdırma üzrə qanuni qərar qəbul ediləcəyi ilə bağlı zəruri tədbirlər görüləcəyi bildirildiyinə görə DİN və Bakı ŞBPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Beyləqan şəhər sakini Anar Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəhidlərin dəfnində Beyləqan Rayon Polis Şöbəsinin və digər qurumların rəhbərliklərinin iştirak etməsini təqdir edir, dövlətimizlə, dövlətçiliyimizlə qürur duyduğunu bildirir. O, Azərbaycan Polisinə gərgin və fədakar xidməti fəaliyyətlərində uğurlar diləyir.

Bakı şəhər sakini Şəhla Namazova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Bakı şəhər sakini Habil Atakişiyev mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Laçın rayon sakini Şirvan Məmmədov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.