Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.03.2021 - Bakı şəhər sakini Namiq Əliyev məktubunda üzləşdiyi dələduzluq faktı ilə...
Bakı şəhər sakini Namiq Əliyev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.03.2021 - Yevlax rayon sakini Vüqar Xudiyev ünvanladığı təşəkkür məktubunda oğlunun...
Yevlax rayon sakini Vüqar Xudiyev ünvanladığı təşəkkür məktubunda oğlunun daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.03.2021 - Lənkəran rayonunun Vilvan kənd sakini İltifat Məhərrəmov DİN rəhbərliyinə...
Lənkəran rayonunun Vilvan kənd sakini İltifat Məhərrəmov DİN rəhbərliyinə ünvanladığı təşəkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
15.03.2021 - Biləsuvar rayonunun Xırmandalı kənd sakini Murad Hüseynzadə DİN rəhbərliyinə...
Biləsuvar rayonunun Xırmandalı kənd sakini Murad Hüseynzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda sosial şəbəkə vasitəsilə onun pulunu mənimsəyən şəxsin müəyyən olunmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.03.2021 - Lənkəran rayonunun Bəliton kənd sakini Şahid Quliyev DİN rəhbərliyinə...
Lənkəran rayonunun Bəliton kənd sakini Şahid Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yaşadığı evdən oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.
15.03.2021 - Lənkəran rayon sakini Şucaət Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran rayon sakini Şucaət Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə minnətdarlığını bildirir.
15.03.2021 - Cəlilabad rayonunun Zopun kənd sakini Pənah Ağayev öz təşəkkür məktubunda...
Cəlilabad rayonunun Zopun kənd sakini Pənah Ağayev öz təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
13.03.2021 - Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü olan Əlmaniz Ələkbərov...
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü olan Əlmaniz Ələkbərov məktubunda Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə rayon ərazisində həyata keçirdikləri nəzarət–profilaktik tədbirlərin təqdirəlayiq olduğunu qeyd edir. Rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirən Ə.Ələkbərov onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
13.03.2021 - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Lətafət Həmidova...
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Lətafət Həmidova məktubunda Suraxanı RPİ 30-cu Polis Şöbəsinin polis sahə rəisinin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşdığını, humanistliyini qeyd edir. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən, vətəndaşlara diqqət və qayğı göstərən polis sahə rəisinə minnətdarlığını bildirir, xidmətində uğurlar arzulayır.