Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Culfa rayon sakini İbrahim Əliyev işlə təmin olunmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşdıqlarına görə Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.

Siyəzən şəhər sakini Cavanşir Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun xidməti vəzifəsinin layiqincə yerinə yetirilməsi ilə bağlı minnətdarlığını bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.

Astara rayonunun Maşxan kənd sakini Şaiq Qəhrəmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Astara şəhər sakini Nərminə Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət yöndə həllini tapmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarında razılığını ifadə edir.

Yardımlı rayon sakini Qulamirzə Xudaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayonunun Şahağacı kənd sakini Sevinc Şükürova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına və aztəminatlı ailələrə paylanan ərzaq yardımına və tibbi ləvazimatlara görə Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Masallı rayonunun Abasbəyli kənd sakini Meysaba Aslanova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetdiklərinə görə Masallı RPŞ-nin əməkdaşlarından razılığını bildirir.

Astara rayonunun Sərək kənd sakini Rauf Həziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qaşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin Astara rayonunda təmin olunmasına, əhali arasında aparılan maarifləndirmə işlərinə və həyata keçirilən təhlükəsizlik tədbirlərinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Astara rayonunun Artupa kəndinin sakini Seymur Murtuzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisindəki bank filiallarının və bankomatların qarşısına sıxlıq yaranmasın deyə karantin rejiminin tələblərini və sosial izolyasiya tədbirlərini həyata keçirən Astara RPŞ-nin əməkdaşlarından razılığını bildirir.