Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rəşid Bədəlov ictimai asayişin, ictimai qaydanın, eləcə də təhlükəsizliyin qorunmasında göstərdikləri fədakar xidmətə görə DİN-nin şəxsi heyətinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Tükəzban Quliyeva avtomobilini idarə edərkən qəflətən halının pisləşdiyini, yaxınlıqda xidmət aparan yol polisinin dərhal ona yaxınlaşaraq ilkin yardım göstərdiyini bildirir və buna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Ramil Qarayev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar operativ araşdırılmanın aparılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərilən köməkliyə görə Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır. 

Naxçıvan MR Ordubad rayon sakini Hicran Fətəliyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə Naxçıvan MR Dövlət Yol Polisi İdarəsində operativ baxıldığına və qısa müddətdə müsbət həll edildiyinə görə təşəkkürünü bildirir.

Siyəzən rayon sakini Oktay Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elvin Kərimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verildiyinə və müsbət həll olunduğuna görə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəhid anası Məleykə Məmmədzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Tərlan Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Naxçıvan Muxtar Respublikası vətəndaşı Şəmsiyə Cəfərova Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığını, Naxçıvan MR Daxili İşlər Nazirliyinə dəvət olunaraq dinlənildiyini, hüquq və vəzifələrinin izah olunmaqla müvafiq köməklik göstərildiyini və aidiyyəti üzrə yönəldildiyini qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.