Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Yusif Rəsullu müraciətinin müsbət həll olunmasına görə, Şəki RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakini Mustafa Mustafayev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Rəcəb Qaybaliyev müraciətinə operativ reaksiya verildiyinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Məhluqə İbrahimova müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon sakini Rüstəm Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə, ictimai asayişin etibarlı qorunmasına, operativliyə, yüksək peşəkarlığa və vətəndaşlarla nəzakətli davranışa görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Rasim Rəhimoğlu Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxılmasına və vətəndaşlarla nəzakətli davranışa görə təşəkkürünü bildirir.

Vətəndaşlar Əfqan Paşayev, Çingiz Musayev, Aydın Bayramov, Azər Qədiyev, Ümid Aydəmirov, Samir Yusifov və Rəşad İsayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.

Sumqayıt şəhər sakini Tural Bağırov etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Şahnaz Səmədova etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə  DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.