Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.11.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Könül İsmayıl...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Könül İsmayıl pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
22.11.2021 - Sumqayıt şəhər sakini Dünyamin Abbasov sosial şəbəkə üzərindən müraciətinə...
Sumqayıt şəhər sakini Dünyamin Abbasov sosial şəbəkə üzərindən müraciətinə operativ və obyektiv şəkildə baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
22.11.2021 - Tovuz rayon sakini Vidadi Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Tovuz rayon sakini Vidadi Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verildiyinə və müsbət həll olunmasına görə Tovuz RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
22.11.2021 - Şəmkir rayon sakini Gülşən Salmanova DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Şəmkir rayon sakini Gülşən Salmanova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlə əlaqədar Samux rayon Polis Şöbəsinin İstintaq qrupunda aparılan araşdırmalarla bağlı razılığını bildirir, görülən işlərə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
22.11.2021 - Şəhid anası, Gəncə şəhər sakini Hüsniyə Əsgərova şəhid olan övladına məxsus...
Şəhid anası, Gəncə şəhər sakini Hüsniyə Əsgərova şəhid olan övladına məxsus mobil telefonun oğurlanması ilə bağlı etdiyi müraciətə tez bir zamanda baxılması və mobil telefonun tapılaraq ona verilməsinə görə Gəncə ŞBPİ və Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
22.11.2021 - Goranboy rayon sakini Sakit Salmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Goranboy rayon sakini Sakit Salmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verildiyinə və dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasına görə Xocalı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.11.2021 - Bakı şəhər sakini Samirə Hacımuradova ona məxsus bank kartından 2050 AZN...
Bakı şəhər sakini Samirə Hacımuradova ona məxsus bank kartından 2050 AZN pulun oğurlanması ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən dərhal reaksiya verildiyi və məsələnin qısa müddət ərzində müsbət istiqamətdə həll olunaraq ona dəymiş maddi ziyanın ödənilməsində köməkliyin göstərildiyinə görə DİN rəhbərliyinə və BBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına dərin minnətdarlığını bildirir.
20.11.2021 - Vətəndaş Ehtibar Sadıqov Bakı-Şamaxı-Yevlax yolunda sürətlə hərəkət etməsi...
Vətəndaş Ehtibar Sadıqov Bakı-Şamaxı-Yevlax yolunda sürətlə hərəkət etməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi barədə etdiyi müraciətə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dərhal reaksiya verdiklərinə və məsələnin araşdırılaraq qanunamüvafiq tədbir görüldüklərinə görə təşəkkür edir.
20.11.2021 - Bakı şəhər sakini Şəfəq Məmmədova ailədaxili problemlərilə bağlı etdiyi...
Bakı şəhər sakini Şəfəq Məmmədova ailədaxili problemlərilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən son dərəcə həssaslıqla yanaşıldığına və ona qısa müddət ərzində bu məsələ ilə bağlı köməkliyin göstərildiyinə görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına minnətdarlıq edir.