Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Alıkişi Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının həmin ünvana gələrək dərhal müvafiq tədbirlər həyata keçirdiklərini və nümunəvi davranış sərgilədiklərini qeyd edib.

Sumqayıt şəhər sakini Fərid Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı etdiyi müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.

Vətəndaş Jalə Babayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Leyla İbrahimli üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Zöhrə Məmmədəliyeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial Şəbəkə istifadəçisi Aygün Haşimi DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətinə operativ yanaşılmasına, həmçinin şəhid və qazi ailələrinə, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edərək Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial Şəbəkə istifadəçisi Sadiq Bəkirzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Rahilə Gülməmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Aslan Hacıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə  görə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.