Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.11.2021 - Sabirabad rayon sakini Orxan Mehdizadə müraciətinə həssas yanaşıldığına və...
Sabirabad rayon sakini Orxan Mehdizadə müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabirabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.11.2021 - Bakı şəhər sakini Elşad Axundov Vətən müharibəsi iştirakçısı olan oğlunun...
Bakı şəhər sakini Elşad Axundov Vətən müharibəsi iştirakçısı olan oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunduğunu bildirir və DİO-da gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
23.11.2021 - Bakı şəhər sakini Mətin Həmzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Mətin Həmzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.
23.11.2021 - Bakı şəhər sakini Nuranə Abdullayeva vətəndaşların müraciətlərinə diqqətlə...
Bakı şəhər sakini Nuranə Abdullayeva vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.11.2021 - Oğuz rayon sakini Gülnar Mikayılova müraciətinə dərhal reaksiya verildiyinə...
Oğuz rayon sakini Gülnar Mikayılova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Oğuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
23.11.2021 - Bakı şəhər sakini Rəşad Əhədov müraciətinə həssaslıqla yanaşılmasına,...
Bakı şəhər sakini Rəşad Əhədov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.11.2021 - Abşeron rayon sakini Əsgər Əsgərov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Abşeron rayon sakini Əsgər Əsgərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
Ə.ƏSgərov polis əməkdaşlarına təşəkkürünü bildirir.23.11.2021 - Bakı şəhər sakini Cəfər Əzizov müraciətinə həssas yanaşıldığına və göstərilən...
Bakı şəhər sakini Cəfər Əzizov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.11.2021 - Bakı şəhər sakini Ərtoğrul Kamalov üzləşdiyi problemlə bağlı Bakı şəhər Baş...
Bakı şəhər sakini Ərtoğrul Kamalov üzləşdiyi problemlə bağlı Bakı şəhər Baş Polis İdarəsində qəbul edildiyini və müraciətinin müsbət həll olunduğunu qeyd edir. Ə.Kamalov polis əməkdaşlarına təşəkkürünü bildirir.