Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nicat İsmayılov məktubunda DİN-in sosial şəbəkə səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığını və obyektiv araşdırma aparıldığını yazır. O, operativliyə, obyektivliyə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən müvafiq köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Namiq Bayramov məktubunda üzləşdiyi maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu qeyd edərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Türkanə Aydəmirova məktubunda müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu yazır. O, göstərilən diqqətə, operativliyə, obyektiv araşdırmalara və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Samir Mehralıyev məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu qeyd edərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Pərviz Ağayev məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ reaksiya verildiyini, obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin həyata keçirildiyini və müraciətinin müsbət həll olunduğunu yazır. O, obyektiv araşdırmalara, operativliyə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır. 

Vətəndaş Nizami Abasov DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində obyektiv araşdırma aparıldığını və operativ tədbirlərin keçirildiyini qeyd edərək müraciətinin müsbət həll olunduğunu yazır. 
N.Abasov DİN rəhbərliyinə minnətdarlığını bildirərək Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.

Vətəndaş Pərvin Abbasova DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciəti üzrə obyektiv araşdırma aparıldığını və operativ tədbirlərin həyata keçirildiyini qeyd edir. 
P.Abbasova vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, aparılan obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.

Vətəndaş Eltun Oruclu DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına və Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Orxan Musayev DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxılmasına, Bakı Şəhər Baş Polis İdarəsində aparılan obyektiv araşdırmalarla müsbət həll olunmasına, operativliyə  və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.