Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakinləri Seymur Əliyev və Abdulla Babayev xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə, rayon ərazisində ictimai qaydanın və asayişin etibarlı şəkildə qorunmasına, narkomaniya ilə mübarizədə atılan qətiyyətli addımlara görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Sevinc Qasımova vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüsal Cəfərov polis əməkdaşlarının belə nümunəvi xidmətinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə və Qaradağ rayon DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş İlkin Vəliyev təşəkkür məktubu yazıb. O, avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Muraz Abbasov Azərbaycan polisinə yazdığı təşəkkür məktubunda qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edir. M.Abbasov vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Lənkəran rayon sakini Ramil Cəfərov üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Rövşən İbişov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Gündüz Məmmədov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elvin Qətaəti avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.