Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.04.2022 - Bakı şəhər sakini Elnora Məmmədova
Bakı şəhər sakini Elnora Məmmədova DİN rəhbərliyinə ünvanladığı onlayn müraciətində ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
28.04.2022 - Bakı şəhər sakini Ruslan Əliyev
Bakı şəhər sakini Ruslan Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yol hərəkəti ilə bağlı üzləşdiyi problemlə əlaqədar səhifə vasitəsilə ünvanladığı müraciətinə çevik baxıldığını və araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığlını bildirir.
28.04.2022 - Vətəndaş Sara Hüseynova
Vətəndaş Sara Hüseynova taksidə unutduğu əl çantasının tapılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.04.2022 - Bakı şəhər sakinləri Pərvanə Məmmədova və Zamiq Məmmədov
Bakı şəhər sakinləri Pərvanə Məmmədova və Zamiq Məmmədov üzləşdikləri dələduzluq hadisəsi ilə əlaqədar etdikləri müraciətlərə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini ifadə edirlər.
28.04.2022 - Sumqayıt şəhər sakini Mehriban Rəhmanova
Sumqayıt şəhər sakini Mehriban Rəhmanova azyaşlı övladının itkin düşməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsinyində sağ-salamat tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.
28.04.2022 - “TV21.az” saytının baş redaktoru Elçin Tağıyev
Vətəndaş, “TV21.az” saytının baş redaktoru Elçin Tağıyev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının, konstitusion hüquqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
28.04.2022 - Bakı şəhər sakini Füzuli Rzaquliyev
Bakı şəhər sakini Füzuli Rzaquliyev müharibə veteranlarına göstərilən diqqət və qayğıya, qazilərin, eləcə də şəhid övladlarının daxili işlər orqanlarında xidmətə qəbulu ilə əlaqədar “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri və üzvləri adından Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
27.04.2022 - Bakı şəhər sakini Coşqun Abdulov
Bakı şəhər sakini Coşqun Abdulov məktubunda oğurluq faktı ilə bağlı etdiyi müraciətinə çevik reaksiya verildiyini, Sabunçu Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə bu cinayətin üstünün açıldığını qeyd edir. O, müraciətinə operativ baxıldığına və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
27.04.2022 - Bakı şəhər sakini Ə.Quliyev
Bakı şəhər sakini Ə.Quliyev məktubunda paytaxtın Yasamal rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.