Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Salehə İsmayılova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 26.07.2026-cı il tarixdə mənim 400 manat pulumun tanımadığım şəxs tərəfindən oğurlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə tam ciddi yanaşılaraq həmin şəxsin saxlanması təmin edilmiş və mənə dəyən ziyanın geri qaytarılmasına köməklik göstərilmişdir. Buna görə cənab Nazir, şəxsən Sizə, Nərimanov Rayon Polis İdarəsinin rəisinə, 16-cı Polis Şöbəsinin rəisinə və kollektivinə dərin təşəkkürümü bildirirəm. 

Vətəndaş Zəri Məmmədova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Məmmədova Zəri Fərzəli qızı, 03.09.2026-cı il tarixdə qızımın Xətai rayonunun  Zığ yolu, Zeytun bağı küçəsi, ev 2 ünvanından çıxaraq naməlum istiqamətə gedərək itkin düşməsi barədə 35-ci Polis Şöbəsinə müraciət etmişdim. Polis əməkdaşı qızım, 29.08.2010-cu il təvəllüdlü Məmmədova Minarə Vəfali qızını taparaq mənə təhvil verdi. Cənab Nazir Vilayət Eyvazova və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm. 

Vətəndaş Məhəmməd Rüstəmzadə DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Qardaşımın törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı qanunvericiliyin tələblərinə riayət olunub. Zərərçəkənin tələbləri yerinə yetirildikdən sonra tərəflərin barışması üçün polis əməkdaşları tərəfindən də lazımi köməklik göstərilib. Araşdırmanın obyektiv aparılmasına və qərarın çevik qəbul edilməsinə görə hörmətli cənab Nazirə və Azərbaycan Polisinə təşəkkürümü bildirirəm. 

Əcnəbi vətəndaş Moustafa Abdelkader DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 26 avqust 2026-cı il tarixində, təxminən saat 19:00- da Nizami küçəsində, Irish Pub ilə KFC arasındakı ərazidə oturmuşdum. Bu zaman iki tanımadığım şəxs mənə yaxınlaşdı. Onlardan biri özünü Sultan kimi təqdim etdi. Sonradan məlum oldu ki, bu, onun əsl adı deyil. O, arıqlamaq və 20 kiloqram çəki itirmək üçün baldan istifadə etdiyini deyərək, mənim də həmin məhsulu almağımda israr edirdi. Onun dostu məni bir mağazaya apardı, lakin bal baha olduğu üçün almadım. Daha sonar “Sultan” məni adi bal almaq üçün supermarketə apardı və ardınca heç bir lövhəsi olmayan şübhəli bir mağazaya gətirdi. Burada mənə müxtəlif toz məhsullar almağı təklif etdilər və nəticədə böyük məbləğdə pulum mənimsənildi. Daha sonra polis əməkdaşlarına müraciət edərək hadisə barədə məlumat verdim. Onlar mənə çox kömək etdilər və vəziyyətimi anlayışla qarşıladılar. Polis əməkdaşlarının köməyi ilə pulumu geri ala bildim. Bu iş yüksək operativlik və peşəkarlıqla həyata keçirildi. 9-cu Polis Şöbəsinin Azərbaycan polisi əməkdaşlarına və Azərbaycan hökumətinə göstərdikləri kömək, zəhmət və fədakarlığa görə təşəkkürümü bildirirəm.  

Vətəndaş Qadir Həmidzadə DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Həmidzadə Qadir İntiqam oğlu, motosikletimin qaçırılması barədə 04.09.2026-cı il tarixdə Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə təhqiqata müraciət etmişdim. Dərhal motosikleti tapıb mənə təhvil verdilər. Başda cənab Vilayət Eyvazov olmaqla, Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm. 

Vətəndaş  Əlmağan Zeynalov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Zeynalov Əlmağan Məmməd oğlu, 25.05.2026-cı il tarixində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışam. Həmin gün sürücü tərəfindən mənə qarşı xuliqanlıq edildiyini bildirərək bununla bağlı aidiyyəti üzrə müraciət etmişəm. Bu məsələ ilə bağlı 01.09.2026-cı il tarixində cənab Nazir Vilayət Eyvazovun Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbuluna yazılmışdım. Lakin 31.08.2026-cı il tarixində Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul olundum. Qəbul zamanı mənə həmin şəxsin qısa müddətdə müəyyən edilərək gətiriləcəyi, məndən üzr istəyəcəyi və mənə dəymiş maddi zərəri ödəyəcəyi bildirildi. 01.09.2026-cı il tarixində axşam saatlarında Surxaylı Azay Qəşəm oğlu müəyyən edilərək mənim yanıma gətirildi. Həmin şəxs məndən üzr istəyərək mənə dəymiş maddi və mənəvi zərəri tam şəkildə ödəyib. Bununla əlaqədar olaraq, hazırda həmin şəxslə bağlı heç bir şikayət və tələbim yoxdur. Məsələmə diqqətlə yanaşaraq qısa müddətdə həllinə köməklik göstərdiklərinə görə başda cənab Nazir Vilayət Eyvazov olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Həmçinin araşdırmanı aparan Nərimanov Rayon Polis İdarəsinin baş təhqiqatçısı Tuqay Məhtiyevə göstərdiyi diqqət və obyektiv yanaşmaya görə təşəkkür edirəm. Tel: 055 774-06-88

Vətəndaş Sevil Həsənova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Sentyabr ayının 1-də möhtərəm Nazir cənab Vilayət Eyvazovun qəbulunda olmuşam. Problemimin yerindəcə həllinə köməklik göstərdiyi üçün cənab Nazirə dərin minnətdarlığımı bildirirəm.

Vətəndaş Nuranə Məmmədyarova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Məmmədyarova Nuranə Şamil qızı, 01.09.2026- cı il tarixdə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdim. Mənə qarşı olunan dələduzluqla bağlı müraciət etmişdim. Müraciətimlə bağlı Təhqiqat Şöbəsində araşdırma aparıldı, mənə yaxından köməklik göstərildi. Buna görə başda hörmətli cənab Nazir Vilayət Eyvazov olmaqla, Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığımı və təşəkkürümü bildirirəm.  

Vətəndaşlar Xalid Əmirov, Aydın Əmirov, Murad Mustafayev, Nurlan Əhmədov, Xəyal Şükürov, Feyzulla Nağıyev, Elgün Nəbiyev və Vasif Baxışov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.