Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.08.2026 - Tərtər rayon sakini Kamil Nəcəfov
Tərtər rayon sakini Kamil Nəcəfov etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Tərtər RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
24.08.2026 - Ağdam rayon sakini Xatirə Əbilova
Ağdam rayon sakini Xatirə Əbilova üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
24.08.2026 - Ağcabədi rayon sakini Gülşən Məmmədova
Ağcabədi rayon sakini Gülşən Məmmədova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, pulunun oğurlanması ilə bağlı müraciətinə operativ baxılmasına, qanunamüvafiq tədbirlərin görülməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Ağcabədi Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
24.08.2026 - Ağdam rayon sakini Ədalət Qədirov
Ağdam rayon sakini Ədalət Qədirov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda onu narahat edən problemlə bağlı müraciətinə operativ baxılmasına, ona lazımi köməyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.08.2026 - Biləsuvar rayon sakini Ülviyyə Kərimova
Biləsuvar rayon sakini Ülviyyə Kərimova Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciətinə Biləsuvar Rayon Polis Şöbəsində operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
24.08.2026 - Quba rayon sakini Raqif Ömərov
Quba rayon sakini Raqif Ömərov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, onu narahat edən problemlə bağlı lazımi köməyin göstərildiyini yazır və minnətdarlığını bildirir.
24.08.2026 - Gəncə şəhər sakini Altun Süleymanov
Gəncə şəhər sakini Altun Süleymanov DİN-ə yazdığı təşəkkür məktubunda ictimai asayişin etibarlı qorunmasına, yüksək peşəkarlığa, fədakar və faziləsiz xidmətə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
24.08.2026 - Mingəçevir şəhər sakini Azər Mirzəyev
Mingəçevir şəhər sakini Azər Mirzəyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və obyektiv araşdırma aparılmasına görə DİN-in və Mingəçevir Şəhər Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
24.08.2026 - Quba rayon sakini Rövşən Mustafayev
Quba rayon sakini Rövşən Mustafayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, istənilən hava şəraitində fasiləsiz və nümunəvi şəkildə xidmət aparan Qubar Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşlarına təşəkkürünü bildirir.