Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.05.2022 - Şəki rayon sakini Nakam Musayev
Şəki rayon sakini Nakam Musayev təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə DİN rəhbərliyinə və Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2022 - Jurnalist, Bakı şəhər sakini Pərvin Abışova
Jurnalist, Bakı şəhər sakini Pərvin Abışova müraciətinə həssaslıqla yanaşaraq, dilənçilik edən azyaşlı barədə xəbər verdikdən sonra, həmin uşağı sığınacağa yerləşdirilməsinə görə Azərbaycan Polisinə təşəkkür edir.
25.05.2022 - Bakı şəhər sakini Ceyhun Fərəcli
Bakı şəhər sakini Ceyhun Fərəcli təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 43-cü PB-nin əməkdaşlarına razılıq ifadə edir.
25.05.2022 - Abşeron rayon sakini Şəbnəm Cavadova
Abşeron rayon sakini Şəbnəm Cavadova etdiyi müraciətə operativ şəkildə baxılmasına və adekvat reaksiya verilərək məsələnin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron RPİ Saray PB-nin əməkdaşlarına təşəkkür bildirir və xidmətlərində uğurlar arzulayır.
25.05.2022 - Hacıqabul rayon sakini Xatirə Bayramova
Hacıqabul rayon sakini Xatirə Bayramova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Şamaxı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.05.2022 - Bakı şəhər sakinləri Rəfi Baba-Zadə və İslam Baxşalıyev
Bakı şəhər sakinləri Rəfi Baba-Zadə və İslam Baxşalıyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, eyni zamanda narkotiklərlərin dövriyyəsinin qarşısının alınmasında qətiyyətli mübarizə apardıqlarına görə Suraxanı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
24.05.2022 - Lənkəran şəhər sakini Günel Məmmədova
Lənkəran şəhər sakini Günel Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən operativ reaksiya verilməsinə və üzləşdiyi çətinliyin dərhal aradan qaldırılmasına görə minnətdarlığını bildirir.
24.05.2022 - Cəlilabad rayon sakini Elnur Məmmədov
Cəlilabad rayon sakini Elnur Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə görə Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir
24.05.2022 - Masallı rayon sakini Eldar Xələfov
Masallı rayon sakini Eldar Xələfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluq yolu ilə pulunun mənimsənilməsi barədə müraciətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində obyektiv şəkildə araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını ifadə edir.