Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.02.2022 - Vətəndaş Musa Muradlı
Vətəndaş Musa Muradlı avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir həmçinin BDYPİ 6-cı taqımının əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
19.02.2022 - DİN-nin “polisazərbaycan” “İnstagram” səhifəsinə yazan şəxs
DİN-nin “polisazərbaycan” “İnstagram” səhifəsinə yazan şəxs müraciətinə operativ baxılaraq tədbir görüldüyünə, eyni zamanda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
19.02.2022 - Vətəndaş Şöhlət Abbasov
Vətəndaş Şöhlət Abbasov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.02.2022 - Vətəndaş Xalid Əliyev
Vətəndaş Xalid Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edərək minnətdarlıq edir.
19.02.2022 - Bakı şəhər sakini Rafael Zeynalov
Bakı şəhər sakini Rafael Zeynalov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
19.02.2022 - Vətəndaş Emil Hüseynov
Vətəndaş Emil Hüseynov məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. Həmçinin belə çevik reaksiyaya görə DİO əməkdaşlarına dərin təşəkkürünü bildirir.
19.02.2022 - Bakı şəhər sakini Rantik Məmmədov
Bakı şəhər sakini Rantik Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona məxsus yarı tikilidə baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
19.02.2022 - Vətəndaş Natiq Tağızadə
Vətəndaş Natiq Tağızadə məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.02.2022 - Vətəndaş Sahib İmaməliyev
Vətəndaş Sahib İmaməliyev itmiş telefonu ilə bağlı etdiyi müraciətinə polis əməkdaşları tərəfindən dərhal reaksiya verilərək qısa müddət ərzində ona məxsus mobil telefonunun tapılaraq ona geri qaytarılmasına görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.