Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.05.2022 - Vətəndaş Fəqan Məmmədov
Vətəndaş Fəqan Məmmədov DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi onlayn dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.05.2022 - Abşeron rayon sakini Rafiq Cəfərov
Abşeron rayon sakini Rafiq Cəfərov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi onlayn dələduzluq faktı ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətinə çevik reaksiya verildiyinə, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.05.2022 - Bakı şəhər sakini S.Süleymanov
Bakı şəhər sakini S.Süleymanov məktubunda müraciəti ilə əlaqədar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində qəbul edildiyini, dinlənilərək müraciətinə əsasən ətraflı məlumat verildiyini qeyd edir. O, müraciətinə çevik reaksiya verildiyinə, nəzakətli davranışa və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
25.05.2022 - Füzuli rayon sakini, Qarabağ müharibəsi veteranı Rövşən Həsənov
Füzuli rayon sakini, Qarabağ müharibəsi veteranı Rövşən Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda səhhətində yaranan problem zamanı DİN-in A.Heydərov adına Hospitalında müayinə və müalicə olunaraq sağlamlığına qovuşmasında ona göstərilən diqqət və qayğıya görə tibb personalına təşəkkürünü bildirir.
25.05.2022 - Vətəndaş Nahidə Şirinova
Vətəndaş Nahidə Şirinova müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
25.05.2022 - Vətəndaş Zəhra Allahverdiyeva
Vətəndaş Zəhra Allahverdiyeva Yasamal rayonunun bir qrup sakini adından DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin satışı və istifadəsinə qarşı Azərbaycan Polisinin apardığı qətiyyətli mübarizə tədbirlərini yüksək qiymətləndirir.
25.05.2022 - Sumqayıt şəhər sakini İlkin Nurullayev
Sumqayıt şəhər sakini İlkin Nurullayev DİN-ə ünvanladığı elektron müraciətində itirdiyi mobil telefonunun tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2022 - Vətəndaşlar Kamran Ağayev və Səfa Əsədov
Vətəndaşlar Kamran Ağayev və Səfa Əsədov etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunduğuna görə Azərbaycan Polisinə minnətdarlıqlarını bildirirlər.
25.05.2022 - Bakı şəhər sakini Emin Abdullayev
Bakı şəhər sakini Emin Abdullayev etdiyi müraciətə çevik reaksiya verilərək, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.