Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.02.2022 - Quba rayon sakini Rəşid Məmmədov
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Quba rayon sakini Rəşid Məmmədov rayon ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı həyata keçirilən operativ tədbirlərlə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
18.02.2022 - Quba rayon sakini Sevinc Yusifova
Quba rayon sakini Sevinc Yusifova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2022 - Sosial şəbəkə istifadəçisi olan bir nəfər
Sosial şəbəkə istifadəçisi olan bir nəfər DİN-in “İnstagram” səhifəsinə yazdığı mesajında respublikamızda ictimai asayişi etibarlı qoruyan, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir.
18.02.2022 - Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan A.Zeynalova
Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan A.Zeynalova məktubunda polis əməkdaşları tərəfindən rayon ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində onlara uğurlar arzulayır.
17.02.2022 - ramil.ibrahimli_85 adlı sosial şəbəkə istifadəçisi
ramil.ibrahimli_85 adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
17.02.2022 - Мехман Эфенди adlı sosial şəbəkə istifadəçisi
Мехман Эфенди adlı sosial şəbəkə istifadəçisi yaşadığı qəsəbədəki marketin qarşısında avtomobillərin qeyri-qanuni parklanması səbəbindən tez-tez tıxacların yarandığını, bununla da sakinlərin evlərinə getmələrində çətinlik çəkmələri ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq problemin qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
17.02.2022 - Salyan rayon sakini Rəşad Babayev
Salyan rayon sakini Rəşad Babayev Zabrat qəsəbəsində yerləşən Avtomobillərin Müayinə Mərkəzində vətəndaşlara göstərilən operativ xidmətə, eləcə də diqqət və qayğıya görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
17.02.2022 - Xalid Alakbarov adlı sosial şəbəkə istifadəçisi
Xalid Alakbarov adlı sosial şəbəkə istifadəçisi bugünlərdə səhər saat 08:20 radələrində Bakı şəhəri, Təbriz küçəsində işıqforun işləməməsi səbəbindən böyük tıxacın yarandığını, hətta iki Təcili Tibbi Yardım avtomobilinin də hərəkət edə bilmədiyini yazır. Həmin vaxt orada olan, əvvəllər tanıdığı DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirovun xidməti avtomobilindən düşərək hərəkəti tənzimlədiyinin, tıxacın aradan qaldırılmasında fədakarlıq göstərdiyinin şahidi olub. Bununla əlaqədar Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.02.2022 - Bakı şəhər sakini Nigar Atabəyli
Bakı şəhər sakini Nigar Atabəyli üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xəzər RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.