Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elnurə Abuşova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür edir. O, vətəndaşların sosial şəbəkələr vasitəsilə aldadılaraq pullarının ələ keçirilməsi və şantaj edilməsi barədə “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı müraciətinə DİN tərəfindən dərhal reaksiya verildiyini və müvafiq araşdırmalara başlanıldığını qeyd edir. 
E.Abuşova operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Zərdab rayon sakini Xədicə Əzizli üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Zərdab RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Sehran Möhsümov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəhiməxanım Şükürova üzləşdiyi problemlə bağlı DİN-in “Facebook” səhifəsi vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. 
O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Leylaxanım Aslanova DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Quba rayon sakini Rəşid Məmmədov rayon ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı həyata keçirilən operativ tədbirlərlə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Sevinc Yusifova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi olan bir nəfər DİN-in “İnstagram” səhifəsinə yazdığı mesajında respublikamızda ictimai asayişi etibarlı qoruyan, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir. 

Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan A.Zeynalova məktubunda polis əməkdaşları tərəfindən rayon ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində onlara uğurlar arzulayır.