Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Taleh Bağırov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır. 

Hüquq eksperti İsmayıl Zalov “Facebook” sosial şəbəkəsindəki yazdığı geniş postda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə  minnətdarlığını bildirir.   

Vətəndaş Elməddin Həsənov pul müqabilində aldığı torpaq sahəsinin digər şəxslərə də satılması barədə Nəsimi Rayon Polis İdarəsinə etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssas yanaşıldığına və məsələnin qısa zaman ərzində araşdırılaraq müsbət istiqamətdə həll olunduğu üçün DİN rəhbərliyinə minnətdarlıq edir. 

Vətəndaş İbad Mehdiyev satdığı məhsulların 3987 manat pulunun digər şəxs tərəfindən  ödənilməməsi ilə bağlı etdiyi müraciətə Bakı Şəhər Baş Polis İdarəsində baxıldığına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİO əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Filman Yaqubov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Bakı şəhər sakini Zülfiyyə Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elxan Dünyamalıyev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Xəyalə Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bəhram Məmmədov pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və bütün DİO əməkdaşlarına təşəkkürünü bildirir.