Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağcabədi rayon sakini Qaryağdı Qurbanov xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yetirdiyinə görə Ağcabədi Rayon Polis Şöbəsinin kollektivinə və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Fidan Səfərli müraciətinə obyektiv baxılmasına görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şuşa rayon sakini Yasin İbrahimov göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Beyləqan rayon sakini Elməddin Xudaverdiyev göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Yevlax rayon sakini Zamaxan Nağıyev müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Fərid Dünyaməliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Müraciətimə operativ baxıldı. Lazımı tədbirlər görüldü. Göstərilən diqqət və qayğıya görə çox sağ olun”.

Bakı şəhər sakini Tamerlan Abdullayev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fəridə Mirağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Lənkəran rayon sakini Əliheydər Məmmədzadə öz təşəkkür məktubunda bank kartından oğurluq edən tanımadığı şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.