Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini, şəhid atası Əhmədkişi Əhmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə çevik reaksiya verildiyini, aparılan obyektiv araşdırma nəticəsində qısa müddətdə müraciətinin müsbət həll olunduğunu və əmlakının ona geri qaytarılmasının təmin olunduğunu qeyd edir. O, şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya, müraciətinə həssas yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır. 

Oxu.az xəbər saytının müxbiri Könül Cəfərli Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, Anım Günündə Fəxri Xiyabanda xidmət aparan polis əməkdaşlarının ziyarətə gələn yaşlı və hərəkət etməkdə çətinlik çəkən şəxslərə göstərdikləri qayğının, köməkliyin, onları hətta xidməti avtomobillərlə ünvanlarına qədər apardıqlarının şahidi olduğunu yazır, Azərbaycan polisinin belə humanistliyinin təqdirəlayiq olduğunu qeyd edir. 

Gəncə şəhər sakinləri İslam Əliyev və Maisə Pirverdiyeva övladlarının DİO-da xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.

Goranboy rayon sakini Amil İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirova minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Nailə Şirinova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarından razılığını ifadə edir.

Samux rayon sakini Leyla Bayramova və Şəmkir rayon sakini Səmayə Mustafayeva etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Gəncə şəhər sakini Qərənfil Orucova göstərilən həssas münasibətə görə təşəkkürünü bildirir.

“Zulya Tac” adlı sosial şəbəkə istifadəçisi Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Qazax rayon sakinləri Savad Rəhimova və Aytəkin Hüseynova üzləşdikləri oğurluq hadisəsi ilə əlaqədar etdikləri müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Qazax RPŞ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər.