Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.04.2022 - Bakı şəhər sakini Raminə Ağababayeva
Bakı şəhər sakini Raminə Ağababayeva avtomobilinin təkərinin deşilməsi nəticəsində düşdüyü çətin vəziyyətdən onu çıxaran, eləcə də yararsız hala düşən təkərin ehtiyat təkərlə əvəzlənməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
14.04.2022 - Vətəndaş Sevindik Məmmədov
Vətəndaş Sevindik Məmmədov məktubda Cəbrayıl rayonundakı 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə ucaldılmış abidəyə ziyan vurulması ilə əlaqədar müraciət edib. Müraciətinə operativ reaksiya verilərək təcili tədbirlərin görülməsində və qısa zaman kəsiyində problemin aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
14.04.2022 - Sumqayıt şəhər sakini Xanməmməd Mürsəlov
Sumqayıt şəhər sakini Xanməmməd Mürsəlov mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ 15-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
14.04.2022 - Vətəndaş Məzahət Mahmudova
Vətəndaş, II qrup əlil Məzahət Mahmudova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xızı Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
14.04.2022 - Gəncə şəhər sakini Kənan Fətəliyev
Gəncə şəhər sakini Kənan Fətəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə şikayətinə tez bir zamanda baxılaraq itirdiyi əşyasının tapılmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanılmasını yüksək dəyərləndirir.
14.04.2022 - Vətəndaş Cəlal Babayev
Yazar Taleh Həmidin oğlu Cəlal Babayev sosial şəbəkə üzərindən müraciətinə operativ şəkildə baxılaraq onu narahat edən məsələnin nəzarətə götürələrək müsbət həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.04.2022 - Bakı şəhər sakini Vəfa İsgəndərova
Bakı şəhər sakini Vəfa İsgəndərova şikayətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında ona göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin ayıq-sayıq xidmətini yüksək dəyərləndirir və uğurlar diləyir.
14.04.2022 - Vətəndaş Elvir Mustafazadə
Vətəndaş Elvir Mustafazadə şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
14.04.2022 - Bakı şəhər sakini Həsən Əliyev
Bakı şəhər sakini Həsən Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.