Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.08.2024 - Naxçıvan şəhər sakini Zamin Piriyev
Naxçıvan şəhər sakini Zamin Piriyev vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.08.2024 - Bakı şəhər sakini Bahadur Əhmədli
Bakı şəhər sakini Bahadur Əhmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
02.08.2024 - Bakı şəhər sakini Suma Pənahova
Bakı şəhər sakini Suma Pənahova DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında sorğusunun ətraflı cavablandırılmasına, həmçinin onun qarşılaşdığı problemin həllində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
02.08.2024 - Vətəndaş Nəzrin Əsgərzadə
Vətəndaş Nəzrin Əsgərzadə müraciətinə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
02.08.2024 - Bakı şəhər sakini Məlahət Qasımova
Bakı şəhər sakini Məlahət Qasımova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.08.2024 - Astara rayon sakini Faiq Əliyev
Astara rayon sakini Faiq Əliyev məktubunda müraciəti ilə bağlı Astara Rayon Polis Şöbəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. F.Əliyev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.08.2024 - Astara rayon sakini Faiq Əliyev
Astara rayon sakini Faiq Əliyev məktubunda müraciəti ilə bağlı Astara Rayon Polis Şöbəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. F.Əliyev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.08.2024 - Bakı şəhər sakini Məhəmməd Məmmədov
Bakı şəhər sakini Məhəmməd Məmmədov məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığına və ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
02.08.2024 - Bakı şəhər sakini Fatimə Süleymanlı
Bakı şəhər sakini Fatimə Süleymanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.