Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rafael Zeynalov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Emil Hüseynov məktubunda bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. Həmçinin belə çevik reaksiyaya görə DİO əməkdaşlarına dərin təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rantik Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona məxsus yarı tikilidə baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Natiq Tağızadə məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sahib İmaməliyev itmiş telefonu ilə bağlı etdiyi müraciətinə polis əməkdaşları tərəfindən dərhal reaksiya verilərək qısa müddət ərzində ona məxsus mobil telefonunun tapılaraq ona geri qaytarılmasına görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Bilqeyis Həsənova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Taleh Məmmədov müraciətinə operativ baxıldığını, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.

Bakı şəhər Sakini Ayaz Qarayev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bolgexeber.com xəbər saytında dəs edilmiş “Sakinlər polisin yüksək fəaliyyətinə görə nazirə təşəkkürünü bildirir” başlıqlı məqalədə Bakı şəhəri, 20 Yanvar küçəsi, 34 nömrəli binanın sakinləri adından DİN rəhbərliyinə və Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkür ifadə olunur.
Məqalədə 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığı, asayişin sayıqlıqla qorunduğu qeyd olunur: "Polis əməkdaşlarının bu cür nümunəvi xidməti sakinləri razı salır və vətəndaşların huquqlarını qoruyan polislərimizə inamı daha da artırır. Biz bir daha əmin oluruq ki, polis, daxili işlər orqanları daim xalqın və dövlətin keşiyindədir!"