Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini, Birinci Qarabağ müharibəsi qazisi Əli Nuriyev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Arife Eliyeva adlı sosial şəbəkə istifadəçisi, Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir. 

a1i035 adlı sosial şəbəkə istifadəçisi yolda motoskletlə hərəkətdə olduğu zaman piyadaçı tərəfindən təhqirə məruz qalması ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq piyadaçının üzrxahlıq etməsində göstərdikləri köməkliyə görə Xətai RPİ 37-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Göygöl rayon sakini Daşqın İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə və vətəndaşların qayğılarına yüksək həssaslıqla yanaşılmasına görə Göygöl RPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Vətəndaş Ülvi Ağayev müraciətinə operativ şəkildə baxıldığına, yaranan probleminin həlli istiqamətində göstərdikləri köməkliyə, vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Xəzər RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş İlyas Məmmədov vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in Facebook izləyicisi Pərviz Muradov öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.

Vətəndaş İsmayıl Nadirlinin etdiyi müraciətə çevik reaksiya verildiyinə, avtomobilindən oğurluq edən şəxsin tutulmasında operativlik və fədakarlıq göstərək, həmin şəxsi məsuliyyətə cəlb etdiklərinə görə DİN rəhbərliyinə və Nizami RPİ-nin əmədaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cəmil Quliyev müraciətinə operativ şəkildə baxıldığına, yaranan probleminin həlli istiqamətində göstərdikləri köməkliyə, vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.