Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.11.2024 - Cəlilabad rayon sakini Əliqənbər Əliyev
Cəlilabad rayon sakini Əliqənbər Əliyev xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət və qayğıya görə Rayon Polis Şöbəsinin rəhbərliyinə öz təşəkkürünü bildirir.
11.11.2024 - Ağsu rayon sakini Gülverdi Usubov
Ağsu rayon sakini Gülverdi Usubov göstərilən diqqət və qayğıya görə BDYPİ-nə bilavasitə tabe olan Ağsu RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.11.2024 - Sosial şəbəkə istifadəçisi Ələkbər Nadirli
Sosial şəbəkə istifadəçisi Ələkbər Nadirli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2024 - Sosial şəbəkə istifadəçisi Rəhim İsmayılov
Sosial şəbəkə istifadəçisi Rəhim İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2024 - Vətəndaş Sərxan Hüseynov
Vətəndaş Sərxan Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, narkomaniya ilə mübarizə aparan, gecəli-gündüzlü fəaliyyət göstərən Azərbaycan polisinə təşəkkürünü bildirir.
07.11.2024 - Vətəndaş Ayşən Bayramova
Vətəndaş Ayşən Bayramova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, O, müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2024 - Sosial şəbəkə istifadəçisi Murtuz Ağayev
Sosial şəbəkə istifadəçisi Murtuz Ağayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və itən əşyalarının tapılmasına göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.11.2024 - Vətəndaş Ağdaş rayon sakini Elxan Əhmədov
Vətəndaş Ağdaş rayon sakini Elxan Əhmədov müraciətinə operativ operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.11.2024 - Vətəndaş Ağsu rayon sakini Nizami Bağırov
Vətəndaş Ağsu rayon sakini Nizami Bağırov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ağsu RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.