Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakinləri Azər Həsənov və Məhərrəm Ələkbərov təşəkkür məktublarında müraciətilərinə operativ reaksiya verilərək müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.

Gəncə şəhər sakini Raziyyə Əmiraslanova ona məxsus mobil telefonun tapılıb qaytarılmasına görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkür edir.

Bir qrup Qazax rayon sakinləri DİN-ə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yetirdiyinə və rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə görə Qazax Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarından razılıqlarını bildirirlər.

Gəncə şəhər sakini Sevda Rüstəmova üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Tovuz rayon sakini Müzəffər Abbasov etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Tovuz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Məhsəti İmamverdiyeva ona və ailəsinə qarşı olunan təhdidlər, şantajlar, eləcə də dələduzluq halları ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Elmir Kərimov DİN-ə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol nəqliyyat hadisəsinin Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırılmasından razılığını bildirir.

Bakı şəhər sakini Zaur Qurbanov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.

Gəncə şəhər sakini İlqar Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluqla bağlı etdiyi müraciətinin Gəncə ŞBPİ-də obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.