Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.04.2022 - Vətəndaş Hafiz Yaqubov
Vətəndaş Hafiz Yaqubov narkotik istifadəçiləri ilə bağlı etdiyi müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
18.04.2022 - Vətəndaş Taleh Mustafayev
Vətəndaş Taleh Mustafayev şəhər ərazisində avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, yol polisi əməkdaşlarının moped sürücülərilə bağlı keçirdikləri nəzarət tədbirlərinə diqqət çəkir, onların şəhər yollarının təhlükəsizliyi üçün gördükləri tədbirlərin təqdirəlayiq olduğunu qeyd edir.
18.04.2022 - Vətəndaş Sevinc Əliyeva
Vətəndaş Sevinc Əliyeva ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı polis əməkdaşlarına müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.04.2022 - Vətəndaş Mehman Ağayev
Vətəndaş Mehman Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda həyətində baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
18.04.2022 - Vətəndaş Fuad Muradov
Vətəndaş Fuad Muradov Ağstafa rayonu ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı müraciətinə baxıldığına və həyata keçirilən operativ tədbirlərlə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
18.04.2022 - Vətəndaş Vaqif Süleymanov
Vətəndaş Vaqif Süleymanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində görülən tədbirlərlə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq bildirir çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
18.04.2022 - Bakı şəhər sakini Musa Mənsimov
Bakı şəhər sakini Musa Mənsimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifəyə yazdığı müraciətinə çevik reaksiya verildiyini və Binəqədi Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparıldığını qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.04.2022 - Göygöl rayon sakini Elnur Həsənov
Göygöl rayon sakini Elnur Həsənov məktubunda avtomobilinin qeydiyyata alınması ilə bağlı müraciətinə çevik reaksiya verildiyini, Baş Dövlət Yol Polisi İdarəsində qəbul edildiyini və araşdırılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
18.04.2022 - Vətəndaş Veysəl Əylisli
Vətəndaş Veysəl Əylisli “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, müraciətinə çevik reaksiya verildiyini, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq diqqətlə dinlənildiyini və müvafiq araşdırmalara başlanıldığını qeyd edir.
V.Əylisli vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə, Mətbuat Xidmətinin və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.