Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini E.Alıyev müəyyən edilərək saxlanılıb
21.04.2023
Aprelin 21-də Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsi ərazisində yerləşən evlərin birindən içərisində 950 manat, sənədlər və bank kartları olan pulqabının oğurlanması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini E.Alıyev müəyyən edilərək saxlanılıb.
Paytaxt sakini E.Məmmədova xəsarət yetirməkdə şübhəli bilinən Şuşa şəhər sakini Z.Xanəliyev müəyyən edilərək saxlanılıb
Aprelin 21-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini E.Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Z.Xanəliyev müəyyən edilərək saxlanılıb.Araşdırmalar Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini G.Talıbova saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də bir qadına məxsus içərisində 400 manat pul və şəxsiyyət vəsiqəsi olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Talıbova saxlanılıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri A.Məmmədov və R.Lepexov saxlanılıb
Aprelin 21-də Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən yaşayış binalarının zirzəmilərindən su borularının oğurlanması barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar A.Məmmədov və R.Lepexov saxlanılıb.
Oğurluq etdiklərinə görə tutulmuş R.Əzizovun və M.Astanovun törətdikləri digər cinayət əməlləri də müəyyən edilib
Cəlilabad RPŞ əməkdaşları tərəfindən aprelin 17-də oğurluq etdiklərinə görə tutulmuş R.Əzizovun və M.Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub. Cəlilabad RPŞ tərəfindən araşdırmalar davam etdilir.
Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini Ş.Əliyev saxlanılıb
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən ümumilikdə 1235 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev saxlanılıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri A.Kərimov və A.Cavadov, Sabirabad rayon sakini Ü.Hüseynov müəyyən edilərək saxlanılıb
Aprelin 17-də Masallı rayonu ərazisindəki mağazaların birindən “KamAZ” markalı avtomobilə aid 1300 manat dəyərində 2 ədəd sürətlər qutusunun oğurlanması barədə polisə məlumat daxil olub. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Kərimov və A.Cavadov, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ü.Hüseynov müəyyən edilərək saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
20.04.2023
Aprelin 20-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəmkir şəhəri ərazisindəki restoranların birində Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehini oğurlamaqda şübhəli bilinən rayon sakini A.Bəhramlı saxlanılıb
Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin oğurlanması barədə polisə məlumat daxil olub.Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Samux rayonunun Qarayeri qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri R.Həsənov və C.Xəlilov saxlanılıblar
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd otbiçən və 400 kiloqram metal qırıntılar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar.Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.