Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Ə.Cəfərov saxlanılıb
20.04.2023
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində bir avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini əvvəllər məhkum olunmuş Ə.Cəfərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayon sakini C.Məmmədovanın cüzdanını oğurlamaqda şübhəli bilinən H.Qəhrəmanov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində C.Məmmədovanın içərisində 2000 manat, bank kartı və şəxsiyyət vəsiqəsi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində “Chevrolet” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən G.Damirova saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən içərisində 308 manat olan cüzdanı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini G.Damirova müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Quba rayonunun Pirvahid kəndi ərazisində “VAZ-2106” markalı avtomobil yolun kənarında saxlanılan “Toyota” markalı avtomobilə çırpılıb
Aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şabran dəmir yolu stansiyasının ərazisindən 15 ədəd metal konstruksiyaları oğurlamağa cəhd göstərən şəxslər saxlanılıblar
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 20-də Şabran dəmir yolu stansiyasının ərazisindən 15 ədəd metal konstruksiyaları oğurlamağa cəhd göstərən rayon sakinləri F.Həsənov, C.Kiçibəy və G.Mövsümov saxlanılıblar.Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının bank kartından pul oğurlamaqda şübhəli bilinən T.Kərimzadə saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 13-də Bakı şəhər sakini olan bir qadının bank kartından 192 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini T.Kərimzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbə sakini H.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Babayev saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 7-də Binə qəsəbə sakini H.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən digər şəxs Sumqayıt şəhər sakini R.Babayev saxlanılıb.Araşdırma aparılır.
İnsanların hava limanında işə düzəltmək adı altında aldararaq pullarını ələ keçirən şəxs saxlanılıb
Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb. Əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.Arşadırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib. Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İmişlidə növbəti birgə əməliyyat keçirib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb. Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş maruxuana aşkar edilib. İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, son 1 ay ərazində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 90 cinayətin açılması təmin olunub
19.04.2023
Aprelin 19-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.