Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində “Nissan” markalı avtomobillə yolu keçən piyada vurulub
13.03.2023
Martın 13-də saat 20 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən C.Məmmədovu vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməyən avtomobillə Bakı şəhər sakini S.Əliyev vurulub
Martın 13-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yolu keçən Bakı şəhər sakini S.Əliyev müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunda kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
12.03.2023
Martın 12-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 11-də və 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,2 kiloqrama yaxın heroin, 2,7 kiloqramdan artıq marixuana, 815 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sumqayıt şəhər sakini E.Qasımovdan 5 kiloqramdan artıq heroin götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qasımovdan 5 kiloqram 40 qram heroin götürülüb. Araşdırma aparılır.
İmişli rayon sakini E.Fərəcovdan heroin, yaşadığı evdən isə 2 kiloqramdan artıq marixuana götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini E.Fərəcovdan 8 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 315 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Masallı rayonu ərazisində idarə etdiyi avtomobildə saxlanılan İsmayıllı rayon sakini C.Əkbərovun narkotik vasitənin təsiri altında olması aşkar edilib
Martın 12-də saat 1 radələrində İsmayıllı rayon sakini C.Əkbərovun idarə etdiyi "Hyundai " markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində yerləşən YPX postunda nəzarət qaydasında saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması aşkar edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən protokol tərtib olunub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 2 kiloqram 850 qram heroin və 700 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub
Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikdə 16.702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Rzazadə saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini T.Yusifliyə qarşı quldurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini N.Səmədli saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 12-də Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini T.Yusiflini bıçaqla hədələyib 170 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Sabirabad rayon sakini N.Səmədli saxlanılıb. Araşdırma aparılır.