Qazax şəhəri ərazisində quraşdırılan işıqlandırma sisteminin elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Tağıyev saxlanılıb
17.05.2023Qazax şəhəri ərazisində quraşdırılan işıqlandırma sisteminin 320 metr uzunluğunda elektrik naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.